Merkelə pomidorlu hücum

09 Sentyabr, 2017 09:40 | Siyasət | Baxış sayı: 110
Angela Merkel
Angela Merkel

Bu, bir həftədə baş verən ikinci faktdir

Almaniya kansleri Angela Merkel bir həftədə ikinci dəfə pomidorlu hücuma məruz qalıb. İstiPress-in məlumatına görə, Merkel 24 sentyabrda keçiriləcək seçkilər öncəsi ölkənin regionlarında görüşlər keçirir.

Partiyasının növbəti mitinqi üçün o Meklenburq-Vorpommern əyalətinə gedib. Kanslerin maşını tədbir keçirilən yerə yaxınlaşdıqda ona pomidor atmağa başlayıblar. Aralarında qatı sağçıların da olduğu yüzdən çox adam Merkeli fitə basıb və qıçqıraraq ona etiraz edib. Etirazçılar "Merkel rədd ol" deyə şüar da səsləndiriblər.

Bir neçə gün öncə də bənzər hadisə baş vermişdi. Atılan pomidorlardan bəziləri hədəfə dəyib və Merkelin pencəyini ləkələmişdi.