Çin raketləri Qarabağda

09 Sentyabr, 2017 16:19 | Siyasət | Baxış sayı: 2105
Çinin "Xuntzyan" (Qırmızı ox) raketləri
Çinin "Xuntzyan" (Qırmızı ox) raketləri

Rusiya hərb ekspertlərinin ciddi təlaşı

Ermənistan Çindən müasir raket kompleksləri almaq istəyi Rusiyada ciddi narahatlıq doğurub.

İstiPress Ermənistanın analitik xəbər portalı “Lragir”ə istinadən bildirir ki, iki ölkə arasında münaqişə Ermənistanın müdaifə naziri Vigen Sarkisyanın Çində hərbi-texniki əməkdaşlıq barədə danışıqlar aparmasından sonra başlayıb. Hadisə o qədər dərinləşib ki, Rusiyanın “RİA Novosti” agentliyi bununla bağlı ekspert rəylərindən ibarət sərt tənqidi məqalə dərc edib. 

“Silah dalınca Çinə: Rusiya “İsgəndər” və “Smerç”ləri azlıq edir” başlıqı məqalədə bildirilir ki, Rusiyanın Ermənistana daxili zavod qiymətlərinə, yəni həddindən ucuz, bəzilərini isə pulsuz verdiyi bir neçə milyard dollarlıq  silah azlıq etdiyindən Ermənistan Çinə müraciət edib.

Rusiyanın bəzi ekspertləri, o cümlədən hərbi ekspert Aleksandr Xramçixin düşünür ki, Ermənistanın əsas məqsədi Çindən silah almaq deyil, əksinə Rusiyadan alınan silahın qiymətin aşağı salmaqdır. Hər halda, Çin silah texnologiyasına görə Rusiyadan çox geri qalır və əksər silahları köhnə rus silahlarının əsasında qurulub. Məsələn, Çinin ilk aviadaşıyıcısı Ukrayndan alınmış köhnə rus aviadaşıyıcısının əsasında yığılıb.

Amma erməni mətbuatı bu cür düşünmür və Çin silahlarının onların bazasını təşkil edən Rusiya silahlarından daha modern olduğunu iddia edirlər. Ermənilər aprel döyüşlərindəki məğlubiyyətlərinin Azərbaycan ordusunun istifadə etdiyi yaxın döyüş silahlarının modernliyi ilə izah edirlər.

Bu baxımdan onların Çinin bəzi raketlərini seçməsi də təsadüfi deyil. Məsələn, Çinin "Xuntzyan" (Qırmızı ox) raketləri Rusiyanın tank əleyhinə raket kompleksi "Malyutka" əsasında yığılsa da idarə blokuna və yarımavtomatik komanda sisteminə görə fərqlənir. Raketlərin özləri də modernləşdirilibblər. Bu raketlər Suriyanın hökumət qüvvələri tərəfindən müxalifətə qarşı döyüşlərdə uğurla sınaqdan çıxıb. Həm də qərb analoqları ilə müqayisədə xeyli ucuzdurlar.

"Malyutka" - Rusiyanın tank əleyhinə raket kompleksi
"Malyutka" - Rusiyanın tank əleyhinə raket kompleksi

“Lragir” iddia edir ki, bu cür Çin silahları Rusiya analoqlarından ucuz olsa da, qat-qat keyfiyyətlidir. Ehtimal etmək olar ki, Ermənistan məhz bu cür silahları almasına haqq qazandırmaq və ya Rusiyadan daha kefiyyətli və ucuz silahlar almaq üçün Rusiya hərbi sənaye kompleksinə təzyiqlər etməyə başlayıb. Rusiyalı analitik Mixail Belyayevin “Vestnik Kavkaza” portalında yazdığına görə, “The Guardian”da Azərbaycanın çirkli milyonlarının Rusiyanın hərbi texnika ixracı şirkəti “Rosoboroneksport” vasitəsi ildə yuyulması barədə yazılmış məqalənin müəlliflərindən biri erməni jurnalist Dina Naxapetyandır. Belyayev də düşünür ki, məqalənin dərcinin arxasında ABŞ-lı milyarder Corc Soros durur. Moskva məqaləni həddindən sərt ifadələrlə qınayıb və Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu Rusiyaya qarşı informasiya hücumu adlandırıb.

Çinin tank əleyhinə raket kompleksi
Çinin tank əleyhinə raket kompleksi

Amma Ermənistandakı qərb yönümlü qurumların, o cümlədən Soros fondunun fəaliyyətini izlədikdə bu fəaliyyətin hansısa modernləşmiş “Malyutka” ticarəti ilə bağlı olmadığını görmək olur. Hazırda İrəvanda fəal şəkildə Corc Sorosa bağlı üç qurum – “Open Society Foundation”, “Partnership for Open Society” və “Eurasian Partnership Foundation”, eyni zamanda çox sayda alman və Avropa fondları fəaliyyət göstərir.

Dövlət bu fondların ölkəyə axıtdığı pullara ciddi nəzarət etmir və çox sayda yerli qeyri-hökumət təşkilatı, KİV-lər bu fondlardan yararlanırlar. Bu fondların əsas məqsədi Ermənistanı Rusiyanın təsirindən qoparmaqdır və 2016-cı ilin aprel döyüşlərindən sonra bu məsələdə xeyli uğur qazanıblar. Bir il ərzində Ermənistanda qərb yönümlülərin  payı 10 faizdən 40 faizə qədər qalxır. 

Yaxın illərdə bu pay hakimiyyəti dəyişicək səviyyəyə çata bilər və onda Ermənistanla Rusiya arasında yetərincə ciddi problem yaranacaq. Ermənilər Rusiyanın müstəmləkəsi olmaqdan qurtulmağa çalışacaqlar. Bu məsələ Azərbaycan üçün də çoxc maraqlı olmalıdır. Unutmaq lazım deyil ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən məhz Rusiyanın yardımı ilə, Rusiya hərbi hissələrinin birbaşa texniki və hərbçi dəstəyi ilə işğal edilib.        

Çingiz Rüstəmov / İstiPress