Allahşükür Paşazadə erməni dini lideri Bakıya çağırdı

09 Sentyabr, 2017 08:43 | Siyasət | Baxış sayı: 121
Dini liderlər
Dini liderlər

Rusiya, Azərbaycan və erməni dini liderlərin bəyanatı qəbul edilib

Dünən Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qareginin görüşü keçirilib. İstiPress-in məlumatına görə, Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər müzakirə edilib.

Görüşdən sonra Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə jurnalistlər qarşısına çıxıb. Patriarx qeyd edib ki, fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. "Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar və buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur. Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq”. Kirill hərbi əməliyyatlarda iştirak etməyən və əsir düşmüş dinc sakinlərin azad edilməsinə çağırıb. O, Müharibə zonasındakı məbədlərin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasının vacibliyini vurğulayıb.

Görüşün yekunlarına dair birgə bəyanat imzalanıb. Bəyanatda qeyde dilir ki, Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan başqa heç bir perspektiv yoxdur. "Çoxsaylı çağırışlar qarşısında biz, dini liderlər ümumi razılığa gəlməliyik. Biz münaqişə ilə bağlı bütün humanitar problemlərin tezliklə sülh yolu ilə həll edilməsi üçün dua edirik və xalqlarımızın siyasi və ictimai xadimlərini buna çağırırıq.

Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir".

İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirilli Bakıdakı erməni kilsəsinə baş çəkməyə də dəvət edib.