Rusiya XİN Paşinyanın bəyanatını şərh etdi

09 Avqust, 2019 19:18 | Siyasət | Baxış sayı: 255
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü

"Qarabağın statusu Azərbaycanla Ermənistan arasında danışıqlarda təyin olunmalıdır"

Rusiya ATƏT-in Misk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsilə bağlı sülh danışıqlarında irəliləyişə nail olmaq üçün tərəflərə kömək etməyə çalışır.

İstiPress-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə belə deyib.

“Azərbaycanla Ermənistan arasındakı təmas xəttində bu gün nisbi sakitlik olduğunu məmnuniyyətlə qeyd edirik. Bununla belə, tərəflərin hələ də müxtəlif bəhanlərlə qarşılıqlı ittihamlar irəli sürməsi bizi narahat edir”, - deyən Rusiya rəsmisi bu cür bəyanatların danışıqlar üçün əlverişli ab-hava yaranması, bununla da münaqişənin həlli üçün güzəştli variantların tapılması məramı ilə üst-üstə gəlmədiyini qeyd edib.

“Rusiya Dağlıq Qarabağın yekun statusunun Azərbaycanla Ermənistan arasında danışıqlar vasitəsilə təyin olunmasının zəruri olduğunu düşünür”, - deyən rəsmi Moskvanın məsələyə dair mövqeyində hər hansı dəyişikliyin olmadığını diqqətə çatdırıb: “ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq Bakı və Yerevanla yaxın mübasibətlərimizi də nəzərə alaraq barışıq prosesini hərtərəfli irəli aparmaqda dəstək verməyə davam edirik”.