Paşinyanın müharibə ilə vurmaq istədiyi birinci hədəf

09 Avqust, 2019 18:35 | Siyasət | Baxış sayı: 1417
Nikol Paşinyan işğal edilmiş Azərbaycan torpağında
Nikol Paşinyan işğal edilmiş Azərbaycan torpağında

Silahdaşları Ermənistan baş nazirinin kartlarını açır

Paşinyan Xankəndidə Qarabağın Ermənistanın tərkib hissəsi olması ilə bağlı verdiyi müharibə bəyanatı ilə Qarabağ klanını tam zərərsizləşdirdi. 

İstiPress-in məlumatına görə, bu barədə erməni politoloq Levon Şirinyan İrəvanda dərc olunan “1in.am” portalına müsahibəsində bildirib.  

“Ermənistanın ən sui-qəsdçi qüvvələrinin iddiasına son qoyuldu. İddia edirdilər ki, narıncı inqilabdan sonra hakimiyyətə gələnlər Qarabağı satacaqlar”,- deyə Levon Şirinyan bildirib.

Narıncı inqilabın ilk günlərindən Nikol Paşinyanı dəstəkləmiş Levon Şirinyan sui-qəsdiçi qüvvələr dedikdə Qarabağ klanını nəzərdə tutur və 27 oktyabr 1999-cu ildə Qarabağ klanının Ermənistan ermənilərinin lideri Karen Demirçyanı öldürərək hakimiyyəti tam ələ keçirmələrindən bəhs edir. O, Paşinyanın bu addımı atmaqla Qarabağ klanını psevdo-patroiot şüarlardan məhrum etdiyini vurğulayır.

Lakin Paşiyanın bu addımı Ermənistanda çox az politoloq tərəfindən dəstəklənir. Onlarlda politoloq Azərbaycana müharibə hüququ verən bu cür bəyanata görə Paşiyanı sərt tənqid edib, onu siyasi naşılıqda günahlandırıblar. Yəni Qarabağ klanının təmsilçiləri kluar danışşıqlarında bir qarşı da torpaq verməyəcəklərini dedikləri halda, ictimaiyyət qarşısında həmişə Qarabağın statusunun Madrid prinsipləri çərçivəsində danışıqlar ilə müəyyən ediləcyini bildirirdilər. Baxmayaraq ki, son zamanlar ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan ABŞ münaqnişədə ərazi bütövlüyü prinsipinin əsas götürüləcəyini vurğulamağa başlayıb və Avropadan Almaniya da ona dəstək verməyə başlayıb.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Amma Qarabağ klanı yenə də qalan iki həmsədrə - sədaqətlə xidmət etdikləri Rusiyaya və xristian “qardaşları” Fransaya böyük ümidlər bağlayırlar. Yəni onlar düşünür ki, xristian “qardaşları” münaqişənin həllini uzada-uzada torpaqları zor-xoş Azərbaycanın əlindən alıb Ermənistana verəcəklər. Buna görə hər vəchlə müharibə bəyanatlarından qaçırdılar. Çünki anlayırdılar ki, münaqişəyə Türkiyə və Pakistan kimi ABŞ-ın strateji tərəfdaşları qoşula bilər. Yəni ermnilər üçün çox pis ssenaridir və erməni ekspertlər məhz bunu deyirlər.

Düzdür, Rusiyanın “Rosbalt” portalı yazır ki, Paşinyan bu bəyanatları verməklə beynəlxalq qüvvələrə - yəni Fransa və Rusiyaya güvənir. Yəni ümid edir ki, onlar öz güclərindən istifadə edərək Azərbaycanın Ermənistan ordusunu Qarabağdan çıxarmasına imkan verməzlər.

Amma Paşinyan bir məqamı unulur - Rusiya hazırda Qərbin sanksiyaları ilə üz-üzədir və ona Türkiyə kimi strateci müttəfiqlə müharibə şəraiti lazımi deyil. Bu şəraiti yaratmaq isətyən lider də Rusiya üçün potensial düşmən sayılır və Moskva onun çox baş aparmasına imkan verməz.