Ermənistanda böyük qalmaqal

09 Avqust, 2019 10:28 | Siyasət | Baxış sayı: 160
İrəvan - 2008-ci il 1 mart hadisələri
İrəvan - 2008-ci il 1 mart hadisələri

11 il öncə dinc sakinləri Qarabağ bölüyü güllələyib?

BBC-nin Rusiya xidməti “İrəvanda 2008-ci ildə nümayiş keçirən dinc sakinləri kim güllələyib?” adlı məqalə dərc edib. Jurnalistlər müasir  Ermənistanın tarixinin ən faciəli faktlarından biri hesab edilən mart hadisələri ilə bağlı gizli sənədləri əldə ediblər. Sənədlərdə iddia edilir ki, dinc aksiya keçirənlərə gülləni Qarabağdan olan xüsusi bölük atıb. Onlara bu əmri isə general Karapetyan verib. Bu Qarabağ bölüyü keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana tabe olub.

Ola bilər ki, Xocalı sakinlərinin də güllələnməsi, meyitlərinin tanaınmaz hala salınmasında bu bölüyün əli var. Axı onların başçısı Serj Sarkisyan özü “bunu bizdən qorxmaları üçün etmişik” demişdi.

BBC əməkdaşları müəyyən ediblər ki, Qarabağ bölüyü prezident iqamətgahının zirzəmisində yerləşdirilib. Onları silah, qida və pulla kim təmin edib?

İndi Ermənistanda bu gizli sənədlərin britaniyalı jurnalistlərin əlinə hansı yolla keçməsini araşdırırlar. Bəlkə də bunu baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hazırki rhökumət edib. Buna ona lazım idi. Axı o özünün küçə inqilabını Qarabağa da ixrac etmək istəyir. Koçaryan və Sarkisyanın Qarabağ klanı isə müqavimət göstərir.

Görünür BBC-nin bu sirri açması Ermənistan üçün çox ciddi nəticələrə səbəb ola biləcək.