Türkiyə prezidentinin səfəri oktyabr ayında baş tutacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək. İstiPress-in məlumatına görə, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.
Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.
Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.
Vahid Mustafayev həyəcan təbili çalır
Simonyanın Şəhidlər xiyabanı haqqında təxribat çıxışı etmişdi
İlham Əliyev zəlzələdə evi dağılan qadının çay süfrəsində qonaq olub
Quba və Qusarda möhtəşəm kampaniya
Prezident birinci xanımla Şamaxıda ağac əkib