Atambayev avqustun 26-dək həbsdə qalacaq

09 Avqust, 2019 09:16 | Siyasət | Baxış sayı: 29
5122064
5122064

Keçmiş prezidentin vəkili açıqlama verib

Qırğızıstanın  keçmiş prezidenti Almazbek Atambayev, məhkəmə qərarı ilə avqustun 26-na qədər həbs olunub. Bu barədə onun vəkili Serqey Slesarev məlumat verib. "Atambayevə qarşı korrupsiya ittihamı irəli sürülüb", deyə o bildirib. 

Keçmiş prezident Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.

Ötən gün Almazbek Atambayev özü polisə təslim olub.