Rus deputatdan təklif: Ermənilərin əmlakı əllərindən alınsın

09 Avqust, 2018 11:40 | Siyasət | Baxış sayı: 402
Vladimir Jirinovski
Vladimir Jirinovski

Jirinovskidən gözlənilməz təşəbbüs

Boşanma zamanı mübahisəli əmlak dövlətin balansına keçsin. Bu təklifin müəllifi rusiyalı qalmaqallı siyasətçi, deputat Vladimir Jirinovskidir. O, erməni yumorist Yevgeni Petrosyanla həyat yoldaşı Yelena Stepankonun boşanma prosesi fonunda bu fikiləri səsləndirib. 

"Petrosyanla Stepankonun qalmaqallı boşanma prosesi zamanı bizdə belə təşəbbüs yarandı. Artıq hüquqşünaslarımız bu məsələ üzərində işə başlayıblar.  oşanma zamanı ailə əməlakı üzərindəki spekulyasiyadan  qaçmaq üçün  qayda qoymaq lazımdır - bütün mübahisəli əmlak dövlətə verilir". 

Erməni yumorist ilə arvadı 30 ildən çox müddətəd evli olublar. İndi onların boşanma səbəbləri rəsmən açıqlanmır. Lakin cütlükün əmlakla bağlı razılığa gələ bilməməsi bütün mətbuatın diqqətindədir.