Paşinyan ikinci cəbhədən atəş açdı

09 Avqust, 2018 20:40 | Siyasət | Baxış sayı: 912
İrəvan - 2008-ci il 1 mart hadisələri
İrəvan - 2008-ci il 1 mart hadisələri

Serj Sarkisyanın Xandəndi səfəri vəziyyəti dəyişdi

Ermənistan Xüsusi İstintaq Xidməti 2008- ci il 1-2 mart hadisələri çərçivəsində keçmiş baş nazir Ovik Abramyanın qardaşı Henrik Abramyanı həbs etdirib.

İstiPress-in məlumatına görə, bununla da Nikol Paşinyan 2019-cu ilin aprel ayına nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri ərəfəsində onun hakimiyyətinə mane olacaq ikinci cəbhəyə - köhnə hakimiyyətdə təmsil olunmuş İrəvan erməniləri cəhbəsinə atəş açdı.

1in.am” portalının yazdığına görə, Ermənistan Xüsusi İstintaq Xidməti Ovik Abramayana məxsus olduğu iddia edilən zavodda müəyyən silahlar aşkar edib və həmin silahlarla 2008- ci il 1-2 mart hadisələri zamanı seçkilərin saxtalaşdırılmasına etiraz edən nümayişçilərə atəş açlıdığını iddia edir. Həm də 3 əl pulemyotu, 7 Kalaşnikov atomatı, 2 snayper silahı, 3 müxtəlif tüfəng, 2 tapança və güllələrdən ibarət həmin silahların nədənsə Henrik Abramyana aid edilir.

Əslində isə, Ovik Abramyan Ermənistanın keçmiş prezidenti, 2008-ci ildə hakimiyyəti klan yoldaşı Serc Sarkisyana ötürmüş Robert Koçaryanın adamı olduğu üçün vurulur. Hazırda Robert Koçaryan 1 mart hadiələrinin istintaqı çərçivəsində həbs edilib. Qarabğdakı işğal reоiminin təmsilçiləri onun müdafiəsi üçün geniş hərəkat başlayıblar. Bu işdə bir həftədən çoxdur ki, Xankəndiyə getmiş Serj Sarkisyanın da barmağı olduğu düşünülür. Əks halda, Bako Saakyanın buna risk edəcəyi inandırıcı gəlmirdi.

Buna görə, Paşinyan Robert Koçaryanın İrəvandakı tərəfdarlarını təhlükəsizləşdirməyə çalışıb. Sirr deyil ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri, kənd uşağı, idmançı Qaqik Sarukyan və onun qudası Ovik Abramyan məhz Robert Koçaryanın hesabına irəli çıxıblər. Əslində, Qarabağ klanına daxil olmayan, İrəvan ətrafının kəndlərindən böyümüş Ovik və Qaqik keçmiş hakimiyyətdə xeyli nüfuza malik idilər və çox irəli getmişdilər.

Onların indi də gücü zəif deyil. Buna görə, hazırda həbsdə olan Robert Koçaryanın yenidən revanş edərək baş nazir olmaq planlarında bu iki quda üçün böyük rollar cizilib. Paşinyanın məhz bu ikilidən birinə hücum etməsi heç də təsadüfi deyil. Növbədə isə Qaqik Sarukyan olmalıdır, bu isə İrəvının səması üçün çox müəmmalı qara buludlar vəd edir - barıt qoxulu buludlar.