Paşinyan aşpaz olur

09 Avqust, 2018 12:05 | Siyasət | Baxış sayı: 109
Paşinyan
Paşinyan

Dövlət idarə edə bilməyən baş nazirin əsl "qabiliyyəti" üzə çıxıb

“Bizim Nikola Paşinyan mükəmməl kulinardır. Heç kim onun kimi kabab çəkə bilmir”.  Bu barədə jurnalistlərə açıqlamasında erməni kulinariyası ilə bağlı ictimai təşkilatın rəhbəri Sedrak Mamaulyan deyib. “Mənə necəsə onun hazırladığı balığı dadmaq qismət olub. Bu sadəcə möhtəşəm idi”.

Erməni mətbuatı demək olar ki, öz Maydan sərkərdəsini hər gün tərifləyir. Hər gün onun necə yatması, səhər yeməyi, nahar süfrəsi, idman edib-etməməsi, iş günü haqqında yazırlar. İndi isə onlar sevinclə Paşinyanın kulinariya qabiliyyətindən dəm vurarlar.

Mətbuat heç Sarkisyan haqqında bu qədər yazmayıb. Nadir hallarda o ancaq müdrik adlandırılırdı. Düzdür bu da onu sonda xilas etmədi.

Qayıdaq Paşinyana. Bəlkə o peşəsini dəyişməlidir? Siyasi arenadakı ulduzu yavaş-yavaş sönür. Ondan yaxşı aşpaz çıxa bilər.