Azərbaycanda soyadın dəyişməsi qaydasında yenilik

09 Avqust, 2018 09:50 | Siyasət | Baxış sayı: 440
Nazirlər kabineti
Nazirlər kabineti

Artıq bu sənədlər tələb edilməyəcək

Nazirlər Kabineti adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarında dəyişiklik edib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarda deyilir ki, dəyişmə zamanı bəzi sənədlər tələb edilməyəcək. Söhbət adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə daxil olan şəxsiyyəti təsdiq edən sənəd və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet barədə məlumatlardan gedir.

Bu sənədlərin elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur.