İlham Əliyev: Aİ ilə tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq

09 İyul, 2019 16:56 | Siyasət | Baxış sayı: 163
İlham Əliyev və Donald Tusk
İlham Əliyev və Donald Tusk

Avropa İttifaqı Şurasının Prezidenti Bakıdadır

"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Sizi ölkəmizdə görməyə çox şadıq. Mən sizin Azərbaycana bundan əvvəlki səfərinizi xatırlayıram. O vaxtdan bu yana Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edib".

İstiPress-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüşdə deyib. 

"Biz çox sayda görüş keçirmişik və çox uğurla inkişaf edən əməkdaşlığımızla bağlı geniş spektrli məsələləri müzakirə etmişik. Bu, çox sahələri əhatə edir və biz tərəfdaşlığımızı yeni səviyyəyə yüksəltməyə nail olmuşuq.

Əminəm ki, səfər çox uğurlu olacaq. Əlbəttə ki, biz gündəliyimizdə duran məsələləri müzakirə edəcəyik və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək əməkdaşlığı planlaşdıracağıq. Əminəm ki, qarşıdakı illərdə biz tərəfdaşlığın müsbət məcrada inkişafını davam etdirəcəyik, bu da Azərbaycanın maraqlarına xidmət edir. Ümidvaram ki, uğurla həyata keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram", - dövlət başçısı vurğulayıb.

İlham Əliyev və Donald Tusk mətbuat konfransında
İlham Əliyev və Donald Tusk mətbuat konfransında

14:36

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk mətbuata bəyanatlarla çıxış ediblər.

İstiPress-in məlumatına görə, xəbəri dövlət başçısının saytı yayıb.

Donald Tusk və İlham Əliyev
Donald Tusk və İlham Əliyev

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə təkbətək görüşü olub.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.

İstiPress-in məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.