Qarabağda savaş qorxusu - qaçış sürətləndi

09 İyul, 2018 09:43 | Siyasət | Baxış sayı: 472
Miqrasiya
Miqrasiya

Rusiyadan əli üzülən ermənilər özlərinə yeni dəstəkçi axtarışına çıxdı

Ermənilər öz tarixi vətənlərindən axını sürətlənib. Yerli ekspertlər hesab edirlər ki, bu ilk növbədə ölkədəki iqtisadi böhranla bağlıdır. Ölkənin gəlirlərinin bu gün əsas mənbəyi məhz xaricdəkilər hesab edilir. Başqa ölkələrdə daimi yaşayış yeri almaq istəyənlərin sayı yerli statistikaya görə, çox yüksəkdir.

Ancaq insanları yalnız işsizlik, iqtisadi çətinliklər Ermənistandan qaçmağa sövq etmir. Burada həm də Azərbaycanla Ermənistan arasında başlamaq ehtimalı olan yeni müharibə qorxusu da var. Heç kimə sirr deyil ki, erməni gənclər məhz işğal altındakı zonada hərbi xidmət keçirlər. Ermənsitan rəhbərliyinin hərbi ritolikası, silahlanma  və yeni savaşa hazır olmaq barədə daimi çağırışlar ölkə sakinlərini çox qorxudur. İlk nöbədə onlar böyüyən nəsil üçün narahatdırlar. Məhz bunun üçün də Ermənistanda miqrasiya artıq kütləvi xarakter alıb.

Qeyd edək ki, gənclərdən heç kim Paşinyanın xarici ölkələrdən öz vətənlərinə qayıtmaq barədə müraciət reaksiya verməyib.

Müşahidəçilər deyirlər ki, münaqişəsinin yaxın zamanda sülh yolu ilə həlli perespektivini Ermənistanda problemli hesab edirlər. Erməni hərbçilərinin Azərbayacanda olan yeni, müasir hərbi texnikadan ölüm ehtimalı isə çox yüksəkdir.  Əgər hərbi əməliyyatlar başlasa bunun Ermənistan üçün nəticəsi olduqca qorxulu ola bilər. Bunu onlar özləri də yaxşı anlayırlar.

KTMT-nin Qarabağ münaqişəsində iştirak etməyəcəyi haqında dəfələrlə səsləndirdiyi bəyanatdan sonra ermənilər özlərinə başqa dəstəkçi axtarmağa başlayıblar. Amma heç kim başqasına görə müharibə etmək istəmir.