Qarabağda ərəb təxribatı

09 İyul, 2018 16:37 | Siyasət | Baxış sayı: 305
Şuşa - işğaldan 25 il sonra
Şuşa - işğaldan 25 il sonra

Livanlı iş adamı, “Gardenia Lebanese Farms” şirkətinin prezidenti Nikolya Əbu Feysəl Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarına səfər edib.

İstiPress-in məlumatına görə, "modern.az" xəbər verir ki, ərəb iş adamı bölgədə 300 hektar sahədə fındıq bağları salmaq istəyir. O bunun üçün Xocavənd və keçmiş Ağdərə rayonlarının ərazisini gözdən keçirir.

Ərəb biznesmen Xankəndinə gedərək, separatçı rejimin rəhbələri ilə görüşüb və öz investisiya planını təqdim edib.