Paşinyan NATO-dan Qarabağ yardımı istədi - Putin qəzəbləndi

09 İyul, 2018 20:46 | Siyasət | Baxış sayı: 1448
NATO gücləri
NATO gücləri

Erməni ekspertlərin qəribə etirafları

Erməni şərhçilər Nikol Paşiyanın NATO sammitinə səfərin alyansın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməsi ilə əlaqələndiriblər.

İstiPress-in məlumatına görə, məsələ ilə bağlı “Lragir” məqalə yazmış erməni şərhçi Naira Ayrumyan bildirib ki, əgər yekun bəyannaməsində daha öncə olduğu kimi yalnız dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayacaqsa, Ermənistan NATO sammitindən imtina edcək:

“Paşiyan özü bildirib ki, onun NATO sammitində iştrakı yekun bəyannamənin mətnindən asılı olacaq. Yada salaq ki, Ermənistan ən azi iki dəfə NATO sammitindən buna görə imtina edib ki, Qarabağ münaqişəsinin həlli kimi yalnız ərazi bütövlüyü vurğulanırdı,  öz müqəddəratını həll etmək və güc tətbiq etməmək barədə isə unudulurdu”.

Ayrumyan bildirib ki, 2016-cı ildə aprel döyüşlərindən sonra Serj Sarkisyan Əfqanıstanda keçirilən NATO görüşünə qatılıb və xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınmasını istəyib. Amma bu da nəticəyə ciddi təsir etməyib - NATO yekun bəyanatda Qarabağın və hər hansı başqa münaqişənin adını çəkməyərək, ümumi şəkildə ərazi bütövlüyünə və münaqişələrin dinc yolla həllinə hörmətə çağırış səslənir. 

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli  əslində NATO-nun yox, Rusiyanın variantıdır
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli əslində NATO-nun yox, Rusiyanın variantıdır

Erməni şərhçi NATO-nun münaqişənin dinc yolla həllinə çağırmasını böyük irəliləmə sayır, istənilən halda, NATO-nun Qarabağı Azərbaycandan kənarda görmək istəmədiyini də dolayısı ilə vurğulayır. Əslində, indiyə kimi nə Qarabağda doğulmuş Ayrumyan, nə də “Lragir”in baş redaktoru, hadrutlu Haykazn Qaqriyan erməni oxucusu üçün  problemi belə açıq yazmazdılar. Yalandan ürək-dirək verərdilər ki, bəs, mədəni dünya, o cümlədən NATO Qarabağı xristian dünyasının bir parçası sayır, buna görə dəstəkləyir və s. 

Amma indi Nikol Paşiyanın korafəhmliyi onları açıq yazmağa vadar edir – Nikol bir yandan oğlunu Qarabağa əsgərliyə göndərir, yəni əvvəlki oyunbaz Ermənistan liderlərindən fərqli olaraq Qarabağdakı işğal siyasətini açıq dəstəkləyir, o biri yandan isə NATO sammitinə qatılmaq, onun rəhbərləri ilə görüşmək istəyir. Yəni Əli aşından, Vəli aşından da ola bilər – Qarabağ ermənilərini qorxudan məsələ Rusiyanın dəstəyinin itməsidir.

Erməni KİV-lərinin yazdığına görə, Moskva Paşinyanın bu planlarına sərt reaksiya verib və Putin buna qarşı olduğunu Ermənistan Xarici İşlər Nazirliyinə çatdırıb. Hətta  “Qraparak” qəzetinin yazdığına görə, Moskva MDB və KTMT ölkələrinə məxfi məlumatları Ermənistan Təhlükəsizlik Şurasına verməməyi əmr edib. Çünki Şuranın katibi Armen Qriqoryan vaxtı ilə Ermənistanın KTMT-dən çıxmasının tələb edən “Putin fuck” aksiyasının ən fəallarından olub.