Gürcülər ermənilərin "oksigenini" kəsdi

09 İyul, 2018 13:10 | Siyasət | Baxış sayı: 201
Yuxarı Lars
Yuxarı Lars

Ermənilərin əli-qolu bağlandı

Gürcüstan Ermənistanı çətinə salmaq üçün əlinə düşən heç bir fürsəti buraxmır. Ermənistanın İstehsalaçıların hüquqularının müdafiəsi şurasının rəhbəri Armen Poqosyan belə düşünür.

Onun sözlərinə görə, Gürcüstanda yaxşı bilirlər ki, respublika üçün Yuxarı Lars buraxılış məntəqəsi yeganə “oksigen” mənbəyidir. Amma Gürcüstan meyvə tərəvəz yüklü erməni yük maşınlarının Rusiyaya buraxılmasını çətinləşdirmək imkanındana istifadə edir. Bu isə ölkə iqtisadiyyatına oduqca mənfi təsir göstərəcək.

Yerli KİV məlumatına görə, Yuxarı Larsda bu gün yük maşınlarının uzun tıxacı yaranıb. Onlar Rusiya ərazisinə keçə bilmirlər. Gürcü tərəfi bunu gömrük prosedurları üçün yeni elektrin sistemin tədbiqi ilə izah edir.

Qeyd edək ki, Ermənistan da öz növbəsində Cavaxetiyada yaşayan erməni əsilli Gürcüstan vətəndaşlarından öz siyasi məqsədləri üçün istifadə edir. Məhz bu rayonda müntəzəm olaraq müxtəlif nümayişlər, vətəndaş itaətsizliyi baş tutur. İrəvanın əsas məqsədi Cavaxetiyada gürcü yox, erməni qanunları ilə yaşamı təmin etməkdir.