Ermənistanda Rusiyanın əsas adamı intihar etdi

09 İyul, 2018 17:29 | Siyasət | Baxış sayı: 153
Təcili yardım - Ermənistan
Təcili yardım - Ermənistan

Ermənistanın paytaxtı Yerevanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib.

İstiPress-in məlumatına görə, bu barədə yerli kriminal xronika saytı "Shamshyan.com" məlumat yayıb.

Nikolay Qabrielyan Qazi Kolya, yəni "qazlı Kolya" təxəllüsü ilə də tanınırmış. O, “Transqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub. Yəni rus qazını satmaqla gəlir götürən əsas həlqənin girişində imiş. Ola bilrə ki, bununçün aradan götürülüb. 

Polis ilkin versiya kimi onun özünü güllə ilə başından vurduğunu iddia edir.

Bildirilir ki, Nikolay Qabrielyan Ermənistanda “kölgə milyonçuları”ndan biri olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qayınatası imiş. Vardanyan isə 2017-ci ilin yayında ölüb.