Ərdoğan and içdi - FOTO

09 İyul, 2018 19:03 | Siyasət | Baxış sayı: 82

Türkiyədə ötən ay yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. 

İstiPress-in məlumatına görə, Türkiyə Böyük Millət Məclisində baş tutan inaqurasiyada liderin xanımı Əminə Ərdoğan, xarici ölkə liderləri və rəsmiləri iştirak ediblər.

Andiçmədən sonra Türkiyə parlament idarəetmə üsulundan prezident idarəetmə formasına keçmiş sayılacaq. 

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan andiçmədən sonra Mustafa Kamal Atatürkün məzarını ziyarət edəcək, daha sonra Külliyədəki “Prezident səlahiyyətlərini yerinə yetirməyə başlama mərasimi” nə qatılacaq.  

Qeyd edək ki, inaqurasiya mərasimində Azərbaycanı baş nazir Novruz Məmmədov təmsil edir.