Qazaxıstanda seçki toqquşmaları - VİDEO

09 İyun, 2019 17:34 | Siyasət | Baxış sayı: 116
Nursultan Nazarbayev səs verir
Nursultan Nazarbayev səs verir

Polis 100-dən çox şəxsin saxlanıldığı barədə məlumat yayıb

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

İstiPress-in məlumatına görə, seçki günü Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində icazəsiz mitinqlər keçirilməsinə cəhdlər olub. Bir müddət öncə Qazaxıstanda qadağan olunmuş hərəkatlardan biri sosial şəbəkələr vasitəsi ilə insanları prezident seçkiləri günü şəhərin mərkəzinə çıxmağa çağırmışdı.

Ölkənin Daxili İşlər Nazirliyi aksiyalar nəticəsində 100-dən çox şəxsin saxlanıldığı barədə məlumat yayıb. Daxili İşlər Nazirliyi, həmçinin bəyan edib ki, seçkilər günü keçiriləcək icazəsiz aksiya və mitinqlərin qarşısı alınacaq.

Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Seçkilərdə mart ayında Prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparacaq