Putindən Trampa barışıq əli

09 İyun, 2018 15:03 | Siyasət | Baxış sayı: 88
Vladimir Putin
Vladimir Putin

"Rusiya hazırdır"

"Rusiya ABŞ ilə münasibətlərini normallaşdırmağa hazırdır". İstiPress-in məlumatına görə, bunu "Besti v subotu" proqramına açıqlamasında prezident Vladimir Putin deyib. "Yollar fərqli ola bilər, o cümlədən şəxsi görüş". Rus lider topun hazırda Amerika tərəfdə olduğunu da qeyd edib. 

Putinin sözlərinə görə, Donald Trampla dialoqun konstruktiv ola biləcəyini demək üçün əsaslar var. Onun fikrincə, Trampla görüş faydalı ola bilər. Əsas məsələ ABŞ-ın daxili siyasi vəziyyətinin buna imkan verməsidir. "Təcrübəm mənə deyir ki, o dərin düşünən adamdır. O, dinləməyi bacarır və həmsöhbətinin arqumentlərinə reaksiya verir". 

Rusiya prezidentin həmçinin amerikalı həmkarının Moskva ilə münasibətlərə dair verdiyi vədlərinə də əməl edəcəyinə ümid edir. "ABŞ-da qəbul edilən qərarlara, o cümlədən prezidentinkilərə fərqli yanaşmaq olar. Düzdür orada tənqid ediləsi çox şey var. Ancaq daha öncə də dediyim bəzi məqamlar var: Tramp seçki kampaniyası zamanı verdiyi sözlərə əməl edir. 

Verdiyi sözlərdən biri də Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılmasına dair idi. Ümid edirəm bu da baş verəcək".