İlham Əliyev Yan Zahradili ilə görüşdü

09 İyun, 2018 08:48 | Siyasət | Baxış sayı: 42
Yan Zahradili ilə görüş
Yan Zahradili ilə görüş

Qonaqla dövlət başçısı Bakı sammitini müzakirə edib

Prezident İlham Əliyev Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradili qəbul edib.

Yan Zahradilin ölkədə keçiriləcək Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitində iştirakından məmnunluğunu bildirən dövlətimizin başçısı bu önəmli beynəlxalq forumun Azərbaycan paytaxtında təşkil olunmasını yüksək qiymətlənirdi.

Azərbaycana həm Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, həm Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, həm də Avropa Parlamentinin üzvü qismində səfər etdiyini deyən Yan Zahradil bildirdi ki, rəhbərlik etdiyi alyans Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirir. Çexiya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan qonaq bu münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, ölkələrimizin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığının önəmini vurğuladı. Yan Zahradil Avropa ilə Azərbaycan arasında əlaqələrin inkişafına töhfə verməsindən məmnunluğunu ifadə edib.

Dövlət başçısı Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə Avropa İttifaqına üzv olan 9 ölkə, o cümlədən Çexiya ilə strateji tərəfdaşlıq haqqında saziş və bəyannamələrin qəbul edilməsi və imzalanmasının önəmini vurğuladı. Prezident İlham Əliyev Bakıda keçiriləcək tədbirin paytaxtımıza gələn çoxsaylı qonaqların Azərbaycanla daha yaxından tanış olması üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.