Çin ABŞ-ı şoka saldı

09 İyun, 2018 12:59 | Siyasət | Baxış sayı: 200
ABŞ-a məxsus raket
ABŞ-a məxsus raket

Gizli savaş sənədləri ələ keçirildi

Çindən olan hakerlər supergüc ABŞ-ı şoka salıblar. İstiPress-in məlumatına görə, Amerikanın olduqca gizli hərbi sahə ilə bağlı sənədləri hakerlər tərəfindən oğurlanıb.

"Washington Post"da yer alan məlumata görə, Çin hökumətinin hakerləri Amerika rəsmilərinin komputerlərinə hücum ediblər. Nəticədə sualtı savaş fəaliyyəti ilə bağlı olduqca önəmli sənədlər ələ keçirilib. 

Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, bu sənədlərdə ABŞ-ın super raket planları ilə bağlı qeydlər də olub. Bu hadisə yanvar-fevral aylarında baş verib. Federal Təhlükəsizlik Bürosu bu kimi ciddi məsələlər barədə ictimaiyyətə açıqlama verə bilməyəcəyini, ancaq məsələni araşdırmağa başladıqlarını bildirib.  

Çin səfirliyi isə qəzetin iddialarını təkzib edib.