Bayrama görə 3 günlük atəşkəs elan edildi

09 İyun, 2018 12:06 | Siyasət | Baxış sayı: 100
Taliban
Taliban

"Taliban" razılıq verdi

Əfqanıstan hökumətinin ardından “Taliban” hərəkatı da Ramazan bayramı ilə əlaqədar 3 günlük atəşkəs elan edib.

“Taliban” hərəkatı, həmçinin Qərb qoşunlarına qarşı hərbi əməliyyatları davam etdirəcəyini bildirib.

Xatırladaq ki, iyunun 7-də Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Ramazan ayının 27-dən (11 iyun) 19 iyuna qədər ölkədə birtərəfli qaydada atəşkəs rejimi elan etmişdi.

Əşrəf Qaninin sözlərinə görə, atəşkəs İŞİD qruplaşmasına və xarici qüvvələrin dəstəklədiyi digər terror təşkilatlarına şamil olunmur.