Böyük Azərbaycanlı haqqında bir neçə ürək sözü

09 May, 2020 11:14 | Siyasət | Baxış sayı: 361
Ümummilli lider Heydər Əliyev
Ümummilli lider Heydər Əliyev

Biz səni heç zaman unutmaycağıq. Bakıda 1980-ci illərdə çıxış edərkən Heydər Əliyev bir dəfə demişdi: “Mən həmişə Azərbaycanda olacam”.

Bu böyük insanın Azərbaycan üçün etdiklərini unutmaq olmaz. Heydər Əliyev yalnız Azərbaycanın yeni tarixinin yaradıcısı olmaqla qalmır, o, həm də Böyük  Azərbaycanlı və bütün millətin atası idi. Ataları isə bizdə heç zaman unutmurlar. O, Azərbaycanı həyatından artıq sevirdi. Və yalnız onun zamanında biz anladıq ki, bizim müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.

Heydər Əliyev və Mais Məmmədov - Naxçıvan
Heydər Əliyev və Mais Məmmədov - Naxçıvan

Mənə uzun illər jurnalist kimi onunla birlikdə işləmək xoşbəxtliyi nəsib olub. Məhz onun sayəsində Azərbaycan 1970-ci illərdə sanki uzun sürən yuxudan ayıldı. Ölkə nəhəng tikinti meydanına çevrildi. Zavod, fabriklərlə yanaşı yaşayış massivləri də tikildi. Sənayenin yeni sahələri yaradılırdı - elektronika, atom cihazqayırması. Heydər Əliyev keçmiş SSRİ-də ilk olaraq rəhbərlikdə köhnə metodlardan əl çəkdi. O, kadrlara xüsusi diqqət yetirirdi. Moskvada kvotaya nail olmuş Heydər Əliyev yüzlərlə gənc insanı SSRİ-nin ən yaxşı ali məktəblərinə təhsil üçün göndərirdi.

Bu gün çox az adam bilir ki, bizdə - Azərbaycanda aşkarlıq dövrü məhz onun vaxtında başladı. Bütün Sovet İttifaqı “Literaturnaya qazeta”da “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəni oxuyanda  heyrət içində idi. Qəzetin səhifələrində Azərbaycanın paritya lideri ilk dəfə açıq mətnlə deyirdi ki, Sovet İttifaqını korrupsiya, rüşvətxorluq içindən gəmirir və bu şərlə Azərbaycanda necə mübarizə aparıldığından danışırdı. Həm də əlavə edirdi ki, bu işdə hələ ki, ciddi uğur  qazanmaq mümkün olmayıb.

Mən həmin vaxt mərkəzi televiziyanın Azərbaycan üzrə müxbiri idim. Onda mənim moskvalı həmkarlarım deyirdi ki, sizin Əliyevi Moskvaya rəhbər gətirmək lazımdır, o, burada qayda yarada bilər. Hədsiz işgüzarlığı, yüksək peşəkarlığı, yenilikləri dərhal qəbul etmək qabiliyyəti Heydər Əliyevin gələcək taleyini müəyyən etdi. O, Moskvya dəvət aldı və SSRİ hökumət sədrinin birinci müavini təyin edildi. Onun rəhbərliyi altında 17 ittifaq nazirliyi vardı. Çox sonralar baş katib Mixali Qorbaçovun erməni komandası Heydər Əliyev vəzifədən götürmək üçün dəridən qabıqdan çıxdı və buna nali oldu - təbii ki, öz şeflərinin dəstəyi ilə.

Ermənilər yaxşı başa düşürdülər ki, Heydər Əliyev hakimiyətdə qaldıqca onların Dağlıq Qarağaı ələ keçirmək planları puça çıxacaq. Gözünü qan örtmüş Qorbaçov 1990-cı ilin yanvarında Bakıya Sovet Ordusunu yeridib paytaxt sakinlərinə divan tutdurdu. Sakinlər yalnız bir şey istəyirdilər  - Azərbaycan müstəqil olsun.

Yenə də Heydər Əliyev çıxış etdi - ağır xəstəlikdən yeni qalxmasına baxmayaraq, o, Azərbaycan səfirliyinə gəldi, çox sayda moskvalı və xarici jurnalistlərinin gözünün qabağında bildirdi ki, Qorbaçovun törətdikləri qanlı cinayətdir. O, etiraz əlaməti olaraq,  Kommunist Partiyasının sıralarından çıxdı. Dünya Heydər Əliyevin səsini eşitdi.

Onun anadan olmasının 75 illiyinə Azərbaycanın ən populyar telekanalı ANS bu böyük azərbaycanlı haqqında asənədli film hazırladı. Film Heydər Əliyevin Moskvadakı fəaliyyətinə  həsr edilmişdi. ANS-çilər yalnız sadə moskvalılarla deyil, həm də Rusiyanın Federasiya Şurasının sədri Yeqor Stroyevlə, Moskva meri Yuri Lujkovla, xalq artisti İosif Kobzonla söhbətləşdilər. Onların hamısı Heydər Əliyev haqqında yüksək fikir söylədilər. Həmin vaxt Rusiya Təhlükəsizlik Şurası katibinin müavini işləyən məşhur Berezovski bildirmişdi ki, MDB-də fəaliyyətdə olan prezidentləri içində Heydər Əliyev ən qeyri-adi,  müdrik və istedadlı olması ilə seçilir.

Vahid Mustafayev Heydər Əliyevə ANS-in "İlin Adamı" mükafatını təqdim edərkən
Vahid Mustafayev Heydər Əliyevə ANS-in "İlin Adamı" mükafatını təqdim edərkən

ANS-çilər bu böyük azərbaycanlını çox sevirdilər. O, ANS telekanalına böyük hörmətlə yanaşırdı. Mənə Heydər Əliyevin bir sıra xarici səfərlərini işıqlandırmaq nəsib olub. Mən görmüşdüm ki, Avropa, Amerika, Asiya ölkələrində onu necə qarşıyırdılar və yola salanda necə hörmətlə müşayiət edirdilər. Xalq misalı doğrudur - geyimə görə qarşılayırlar, ağla görə yola salırlar.

Xarci səfərlərdə olanda Heydər Əliyev, demək olar ki, bütün sutkanı işləyirdi. Biz jcurnalistlər isə, yorğunluqdan ayaq üstə dura bilmirdik. O istənilən dəqiqədən yararlanırdı ki, rəsmi görüşlərdən sona iri dünya şirkətlrinin və korporasiyalarının rəhbərləri ilə görüşüb, onların diqqətini böyük potensialı olan Azərbaycana çəksin. Onun mətbuat konfranslarında isə gərgin mübahisələr baş verirdi. Heydər Əliyev Dağlıq Qarabağ haqqında öz nəzər-nöqtəsini dəqiq çatdırırdı. Brifinqin başa çatmasından sonra xarici akulalar mikrofon götürərək Azərbaycan jurnlistlərinin yanına qaçaraq bu maraqlı insan barədə daha çox öyrənməyə çalışırdılar. 

İstirahətsiz və yuxusuz keçən gərgin iş illəri bizim Rəhbərin sağlamlığına təsirsiz ötmədi. Axı hətta poladın da iş dövrü var. Təsadüfi deyil ki, mütəxəssislər bununla bağlı “metal yorğunluğu” termini işlədirlər. Azərbaycanda çoxları ümid edirdi və inanırdı ki, ölkəni diz üstündən qaldıran bizim Heydər Əliyev tezliklə Bakıya qaydacaq. Amma təəssüf, hətta yüksək peşəkar Amerika həkimləri belə möcüzə yarada bilmədilər. 

Böyük Azərbaycanlının ən yaxşı xatirəsi müstəqil və çiçəklənən Azərbaycan olacaq, Heydər Əliyev bunun üçün həyatını qurban verdi. Düçar olduğumuz Qarabağ müharibəsinə, insanları qıran və dünya iqtisadiyyatını məhv edən koronavirusa baxmayaraq, bizim Azərbaycan gəmimiz təcrübəli kapitan və strateq İlham Əliyev sayəsində müəyyən edilmiş istiqamətdə dönmədən irəliəlyir. Dahi Heydər Əliyev öz oğluna yalnız soyadını qoymaqla kifayətlənməyib.

 

Mais Məmmədov

əməkdar jurnalist