ABŞ İrana Ermənistandan hücum edəcək: Təbrizi itirə bilərik

09 May, 2019 14:56 | Siyasət | Baxış sayı: 2557
ABŞ ordusu döyüşdə
ABŞ ordusu döyüşdə

Moskva Paşinyanın gizli missiyasına mane olmaq fikrində deyil

ABŞ Nikol Paşinyanı Ermənistanın başına gətirən zaman həm də İrana müdaxiləni nəzərə alıb.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya Ali İqtisad Məktəbinin professoru Oleq Matveyçev “Tert.am”a müsahibəsində bildirib.

Nikol Paşinyanın Amerikanın adamı olduğunu bildirən rusiyalı professorun fikrincə, bir il qabaq baş vermiş narıncı inqilabın kökündə ABŞ-ın İranla bağlı planları dayanır: “Onu İrana təsir məqsədi ilə hərəkətə keçirdilər, İran öz problemlərini Ermənistan vasitəsi ilə həll etmək istəyir. Ermənistan İranla münasibətdə ABŞ üçün alətdir”,- deyə Oleq Matveyçev vurğulayıb.

Oleq Matveyçev ABŞ tərəfindən Ermənistan inqilabının necə maliyyələşdirilməsindən xəbərdar olduğunu da bildirib: “Mən qərarın qəbul edilməsində kimlərin iştirak etdiyini və rəngli inqilabların necə gerçəkləşdirildiyini yaxşı bilirəm. Mən Ukrayna, Yuqoslaviya və Gürcüstan siyasi texnoloqlarının çoxu ilə yaxından tanışam və Ermənistanda onlar işləyiblər. Mən hansı pulların xərcləndiyini və bu illər ərzində hansı layihələrin gerçəkləşdirildiyini bilirəm”,- deyə Rusiyalı professor vurğulayıb.

Oleq Matveyçevun sözlərinə görə, əgər Paşinyan açıq amerikanpərəst siyasət yürüdərək Rusiya ilə əlaqələrini kəsmək istəsə Moskva ona mane olmayacaq, bu əlaqələri sadəcə Paşinyan özü kəsmək istəmir: “İstənilən halda, amerikanpərəst olsa da, Nikol Paşiyan reallıqda yaşayır və anlayır ki, Avrasiya İttifaqından və KTMT-dən çıxa bilməz. Əks halda iqtisadi durum pisləşə bilər və Ukraynada əhali Poroşenkoya qarşı çıxdığı kimi ona qarşı da çıxa bilərlər”.    

Rusiyalı professor bu məsələdə haqlıdır. İrəvanda dərc olunan “Jamanak” qəzetinin yazdıığına görə Paşinyan populyarlığıın sürətlə itirir. Ermənistan milli təhlükəsizlik  xidmətindəki mənbəyə əsaslanan qəzet yazır ki, son üç ayda Nikol Paşiyan xalqın dəstəyini 30% itirib və indi cəmiyyətdə onu dəstəkləyənlər yalnız 34% qalıb. Yəni bu, Paşiyanın Rusiya ilə əlaqələri kəsməsinə imkan vermir.      

İranda azərbaycanlılar yaşayan bölgələr - açıq yaşıl rəngdə
İranda azərbaycanlılar yaşayan bölgələr - açıq yaşıl rəngdə

Amma istənilən halda, Azərbaycan bu məsələni diqqətlə izləməlidir və yeri gəlsə, hərbi müdaxilə etməlidir. Çünki Pentaqonun bir neçə il əvvəl dərc elədiyi xəritədə İrana müdaxilədən sonrə Türkiyə sərhədindən Təbrizə qədər olan ərazilərin azərbaycanlılardan alınması nəzərdə tutulurdu və soydaşlarımıza yalnız Ərdəbil ətrafının verilməsi planlaşdırılırdı. Həmin xəritəyə görə, azərbaycanlılar Urmiya, Xoy, Maku, Marağa, Səlmas kimi şəhərləri və mahalları tərk etməli idi Bu isə Azərbaycan üçün daha bir neçə milyon qaçqın problemi, min illər boyu xalqımıza vətən olmuş ərazilərin itirilməsi demək olar.