Tramp dünyanı yenə qorxuya saldı - müharibə olacaq?

09 May, 2018 08:30 | Siyasət | Baxış sayı: 183
İrana məxsus texnika
İrana məxsus texnika

ABŞ İranı yarı yolda qoydu

Amerika Birləşmiş Ştatlar İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb. İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib. Amerika lideri Tehranı sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib.

Onun sözlərinə görə, İran hətta razılaşmaya əməl etsə belə, ölkə qısa müddət ərzində nüvə silahı yarada bilər. O, İranı hədələməkdən də çəkinməyib və  bildirib ki, Tehran nüvə işləmələrini davam etdirərsə problemlə üzləşəcək.

İran prezidenti Həsən Ruhani isə ötən gün xalqa müraciətində uranın sənaye səviyyəsində zənginləşdirilməsini məhdudiyyətsiz davam etdirməyə hazır olduqlarını elan edib.  "Mən respublikanın atom enerjisi təşkilatına heç bir məhdudiyyət olmadan uranın zənginləşdirilməsinə hazır olmaq göstərişi verdim, lakin biz məsləhətləşmələr aparılacağı dövr ərzində bir neçə həftə səbr edəcəyik. Əgər maraqlarımıza zəmanət verilməsə, o zaman bizim bir dəqiq yolumuz olacaq". 

Xatırladaq ki, İran ilə altılıq arasında nüvə razılaşaması uzun müzakirələrdən sonra 2015-ci ildə bağlanmışdı. Razılaşma İranı ona qarşı tədbiq edilən iqtisadi sanksiayalardan azad edirdi.