Sarkisyanın Paşinyanı yox edən məktubu

09 May, 2018 18:24 | Siyasət | Baxış sayı: 905
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın bitməkdə olan epoxası

Ermənistanın keçmiş lideri Serj Sarkisyan Şuşanın işğalı günü ilə bağlı prezident Armen Sarkisyana və Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyana məktub yollayıb.

İstiPress-in “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, Azərbaycanın alınmaz qalası sayılan (məktubda belə də qeyd edilir - red.) Şuşanın işğalının erməni xalqı üçün “önəmindən” bəhs edilən məktubda Ermənistanın yeni baş nazirinin Nikol Paşinyan olduğu sanki unudulub.

Bako Saakyan, Armen Sarkisyan və Serj Sarkisyan
Bako Saakyan, Armen Sarkisyan və Serj Sarkisyan

Serj Sarkisyan məktubu vəzifəsini bir qədər əvvəl devr etdiyi yeni baş nazirə ünvanlamağı məsləhət görməyib, yəni bir növ onu boykot edib. Təbii ki, Qarabağ klanı  Nikol Paşinyanın baş nazir seçilməsi ilə üzləşdiyi  məğlubiyyətlə barışa bilmir. 

Bunu erməni şərhçilər, hətta Qarabağda anadan olmuş və böyümüş şərhçilər də üstüörtülü olsalar da qeyd edirlər. Məsələn, erməni şərhçi Nairi  Ayrumyan bununla bağlı yazdığı məqaləsində bunu “Zori Balayan və Gülüstan epoxasının başa çatması” kimi dəyərləndirib.

Müəllif bu məqaləsi ilə Qarabağ klanının Ermənistana yox, Rusiyaya xiddmət etməsini diqqətə çatdırıb. Məqalədə o, Zori Balayanın 2013-cü ildə Putinə məktub yazaraq Qarabağın Rusiya tərəfindən ilhaq edilməsinə qərar verməyi xahiş etmişdi. Zori Balayan buna hüquqi əsas kimi Qacar xanədanı ilə Rusiya arasında 1813-cü ildə bağlanmış Gülüstan müqaviləsini əsas götürməyi təklif etmişdi. 

Lakin məktubdan belə görünür ki, Serj Sarkisyan burumla barışmaq istəmir  və revanşa ümid edir. Amma əbəs yerə, bu gün Ermənistan məntiqli davranıb Qarabağ  klanından xilas oldu, sabah da daha məntiqli addım ataraq bir dəfəlik Qarabağ problemindən xilas ola bilər, işğal olunmuş əraziləri aid olduğu ölkənin – Azərbaycanın nəzarətinə qaytara bilər. Onda Serj Sarkisyanın da, Zori Balayanın da kitabı birdəfəlik bağlanacaq və onlar ömürlərinin sonunu həbsxana divarları arasında keçirməli olacaqlar.