Rusiyada Bakı neftinə abidə qoyuldu VİDEO

09 May, 2018 08:54 | Siyasət | Baxış sayı: 186
Neft buruğu
Neft buruğu

Rusiyada faşizm üzərində Qələbənin 73 illiyi münasibəti ilə Bakı neftinin şərəfinə abidə ucaldılıb. İstiPress-in məlumatına görə, Azərbaycan neftinə qoyulan abidə İstra şəhərində, hərbi-tarixi muzeyin ərazisindədir. "Neft yatağı" adlanan əsər neft buruğu formasındadır. 

Açılışda Rusiya dövlət rəsmiləri ilə yanaşı, Azərbaycan diaspora nümayəndələri də iştirak ediblər. Açılış mərasimi konsertlə davam edib. 

Abidənin açılmasının təşəbbüskarı isə Mosvka vilayətinin azərbaycanlılarının milli-mədəni muxtariyyəti olub. 

Qeyd edək ki, azərbaycanlılar bu müharibədə istər ön, istər arxa cəbhədə böyük fədakarlıqlar göstəriblər. Qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub.