Qələbə paradı bitdi FOTOLAR, YENİLƏNİB

09 May, 2018 12:50 | Siyasət | Baxış sayı: 208
Parad
Parad

Parad Moskvada keçirilir

Moskvada keçirilən qələbə paradı yekunlaşıb. Paradda Rusiya istehsalı olan bir çox zirehli texnika nümayiş edilib.

Onların arasında "Tiqr", "BTR-82А","İsgəndər M" və "Yars" raket kompleksi,  "S-400", "Tayfun" zirehli maşını, "Armata", Т-34-85 və Т-72Б3, tankları, "Bumeranq", piyada döyüş maşını "Kurqanets", özüyeriyən artileriya qurğusu "Мcsta-С", "Koalisiya", zenit kompleksi "Buk-М2" və "Тор-М2" və s olub. 

Saat 11:11

Rusiyanın paytaxtı Moskvada alman faşizmi üzərində əldə edilən Qələbənin 73 illiyinə həsr edilən parad başlayıb.

İstiPress-in məlumatına görə, paradda 13 minə yaxın insan, 159-a yaxın hərbi texnika, 75 təyyarə və helikopter iştirak edir. 

Rusiya bu paradda öz istehsalı olan ən müasir silahları, hərbi texnikanı da nümayiş etdirəcək. 

Paradı ölkə prezidenti Vladimir Putin də izləyir.