Paşinyanı Qarabağda yaxşı qarşılamayıblar - FOTO

09 May, 2018 12:58 | Siyasət | Baxış sayı: 1303
Nikol Paşinyan
Nikol Paşinyan

Xankəndidə ciddi narahatlıq hiss olunur

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanı bu gün vertolyotla səfər etdiyi Qarabağda elə də xoş qarşılamayıblar. 

İstiPress-in məlumatına görə, səfərlə bağlı "news.am"ın dərc etdiyi fotolardan görünür ki, Paşinyanla görüş zamanı işğal rejiminin rəhbəri Bako Saakyan çox stressli olub. Qarabağ faciəsinin əsas müəlliflərindən biri, Xocalı cəlladı Zori Balayan isə əyilib əyri-əyri Paşinyana baxır.  

Belə görünür ki, Qarabağ klanı Paşinyanın vədlərinə inanmır və onun keçmiş rəhbəri Levon Ter-Petrosyanın yarımçıq qoyduğu işi davam edərək Azərbaycanla sülhə gedə biləcəyindən qorxur. Bu variantda Balayan da, Saakyan da, elə Serj Sarkisyan və Robert Koçaryan da Xocalı cinayətlərinə görə həbsxanaya  göndərilə bilər. 

Paşinyan bununla Azərbaycanı sakitləşdirməklə yanaşı, revanş eşqinə düşə biləcək rəqiblərini - Qarabağ klanını tam zərərsizləşdirə bilər. 

Nikol Paşinyan, Bako Saakyan - Xankəndi, 9 may, 2018
Nikol Paşinyan, Bako Saakyan - Xankəndi, 9 may, 2018
Zori Balayan əyilib əyri-əyri Nikol Paşinyana baxır - Xankəndi, 9 may, 2018
Zori Balayan əyilib əyri-əyri Nikol Paşinyana baxır - Xankəndi, 9 may, 2018