Heydər Əliyevin Qarabağda ən böyük qələbəsi

09 May, 2018 09:25 | Siyasət | Baxış sayı: 301
Heydər Əliyev ön cəbhədə
Heydər Əliyev ön cəbhədə

Azərbaycan toplumu üçün gizli olan bir sıra məqamlar

Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında iddia edib ki, Qarabağdakı işğal rejimini tərəf kimi danışıqlar prosesinə qaytaracaq.

İstiPress-in məlumatına görə, təbii ki, bu cür vədləri erməni liderlər həmişə verir və bu məsələdə heç bir irəliləyişə əldə edə bilmirlər, Paşinyan da bu təcrübədən xəbərdardır və heç bir iş görə bilməyəcəyini gözəl  anlayır.

Sadəcə, ictimai rəylə oynamağı gözəl bacaran bir siyasətçi kimi erməni ictimaiyyətinin bu məsələyə həssas yanaşdığını başa düşən Paşinyan blef edərək ermənilərə şirin vədlər verir. Çünki Ermənistanın bir çox dairələri Qarabağdakı işğal rejiminin danışıqlar prosesindən çıxarılmasını və Qarabağ danışıqlarının Azərbaycan - Ermənistan formatında aparılmasını Qarabağ klanının ən böyük məğlubiyyəti sayırlar. Onların fikrincə, bu məsələdə ən böyük günahkar məhz 1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Koçaryandır. Onların fikrincə, bir neçə dəfə Robert Koçaryanla görüşmüş Heydər Əliyev ustalıqla Qarabağ işğal rejimini danışıqlardan maksimum uzaq tapmağı bacarıb. Erməniləri bunu Heydər Əliyevin Qarabağ məsələsində ən böyük qələbəsi sayırlar.

Bu məsələdə müəyyən qədər haqlıdırlar, çünki Heydər Əliyevə qədər qərb dövlətləri - ABŞ, Britaniya və s. hətta Azərbaycan torpaqlarının Rusiya silahlıları tərəfindən alınıb Ermənistana verildiyini bilsələr də, Dağlıq Qarabağı ayrıca subyekt kimi görməyə meylli idilər və ABŞ Konqressində Azərbaycana qarşı 907-ci düzəliş də bu məntiqlə qəbul edilmişdi. Hətta BMT-də qəbul edilmiş 4 qətnamədə belə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən deyil, erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir. İşğalçı kimi Dağlıq Qarabağa məxsus erməni qüvvələri göstərilir, işğal ərazisi kimi də Dağlıq Qarabağ ətrafındakı 7 rayondan bəhs edilirdi.  Rus politoloqlar bu fikirdədir ki, Qərb SSRİ-ni dağıtmaqda əsas rol oynamış Ermənistanı Qarabağla mükafatlandırmaq istəyirdi.

Lakin Heydər Əliyev bunun qarşısını ala bildi və işğalın məhz Ermənistan tərəfindən edildiyini Qərb dövlətlərinə qəbul etdirə bildi. Təsadüfi deyil ki, 2001-ci ildə ABŞ prezidenti seçilmiş Corc Buş Konqerssə məktub yazaraq Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında tutulduğunu, Ermənistanın işğalçı dövlət olduğunu nəzərə almağı xahiş etmişdi. Corc Buşun məktubu qərbdə Ermənistanı işğalçı dövlət kimi tanıdan ilk rəsmi sənəd saylır.

Lakin Heydər Əliyev müharibənin gedişində də dönüş yaratmışdı. Onun ən böyük hərbi qələbəsi 1993-cü ilin dekabrında başlamış və 1994-cü ilin yanvarında başa çatmış Horadiz əməliyyatı idi. Həmin əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 20 kənd Azərbaycanın nəzarətinə qaytdı. Ermənistan Silahlı Qüvvələri həddindən böyük itki verdi, indiyə kimi 15 min erməninin Horadizdə itkin düşdüyü deyilir, böyük ehtimplla ölən erməni əsgərlərin meyitləri Xankəndiyə aparılaraq orada yox edilib.

Horadiz qələbəsi Ermənistanı atəşkəsə məcbur etdi, halbuki ermənilər Rusiyanın havadarlığından cuşa gələrək Xəzərə qədər çıxmaq, Kürlə Arazın arasını tamamilə nəzarətə götürmək planlarından danışırdılar. Tarix göstərdi ki, həmin atəşkəs Azərbaycanın inkişafına, hərbi qüdrətinin güclənməsinə səbəb oldu, buna görə ermənilər Horadiz döyüşlərini özləri üçün çox uğursuz  sayırlar.

Amma maraqlıdır ki, indi ermənilərin arsında da Heydər Əliyevin atəşkəs uğrunda çəkdiyi gərgin zəhməti müsbət sayanlar var. Məsələn, erməni politoloq Mamikon Babayan "Vestnik Kavkaza" üçün yazdığı məqaləsində Heydər Əliyevi Qarabağda sülh ümidi verən şəxsiyyət kimi təqdim edir. Öz məqaləsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini haqlı sayan Mamikon Babayan Koçaryanla Heydər Əliyevin görüşlərindən yazarkən indiyə kimi Azərbaycan toplumu üçün gizli olan bir məqamdan danışıb. Sən demə Robert Koçaryan görüşlərin birində Heydər Əliyevi öz müəllimi saydığını deyib. Heydər Əliyev də ona belə deyib: "Görünür, sən yaxşı tələbə deyilsən, yoxsa Qarabağda müharibə salmazdın".