Ermənistan Azərbaycandan keçənlərin kimliyini açdı

09 May, 2018 17:23 | Siyasət | Baxış sayı: 335
Azərbaycanın dövlət sərhədi - ARXİV
Azərbaycanın dövlət sərhədi - ARXİV

Ermənistanın ərazisinə qanunsuz girməyə cəhd edən altı əcnəbi Banqladeş vətəndaşıdır.

İstiPress "Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Viqen Sarkisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Sərhəd pozucuları Banqladeş vətəndaşlarıdır. Onlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinə veriliblər", - deyə Sarkisyan vurğulayıb.

O, başqa detallar barədə məlumat verməyib.