Ərdoğan ermənilərə meydan oxudu: "Ürəyiniz varsa gəlin"

09 May, 2018 10:40 | Siyasət | Baxış sayı: 1036
R.T.Ərdoğan
R.T.Ərdoğan

"Bizi cinayətkar kimi göstərmək istəyirlər"

"Türk Silahlı Qüvvələrinin və prezidentin arxivi açıqdır. Ürəyiniz varsa gəlin. Bu çağırışım xüsusi ilə qondarma erməni soyqırımı iddialarını dəstəkləyənlərədir". 

İstiPress-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, restavrasiya tamamlanan 250 əsərinin təqdimatında çıxış edib. 

"Varındırsa əgər sən də arxivini aş. Amma bunlar sadəcə dünyadaakaı diasporları ilə birlikdə Türkiyə əleyhinə kampaniya aparmaqla məşğul olurlar. Bununla da türkiyəni cinayətkar kimi təqdim etmək istəyirlər. Amma edə bilmərsiniz, çünki biz haqlıyıq".