Dünyanın ən nüfuzlu prezidentləri SİYAHI

09 May, 2018 15:00 | Siyasət | Baxış sayı: 196
Çin və Rusiya rəhbəri
Çin və Rusiya rəhbəri

Sİyahını "Forbes" hazırlayıb

İlin ən nüfuzlu insanları seçilib. İstiPress-in məlumatına görə, "Forbes"in hazırladığı siyahaıya Çin lideri başçılıq edir. Si Tsinpini Rusiya prezidenti Vladimir Putin izləyir. İlk üçlüyü isə bir-birinin ardınca dünyanı qorxuya salan qərarlar verən ABŞ dövlət başçısı Donald Tramp qapayır.  

Almaniya kansleri Angela Merkel dördüncü, dünyanın ən varlı insanı Ceff Bezos (Amazon-nun sahibi) isə 5-ci yerdədir.

Jurnal siyahını hazırlayarkən adıçəkiən şəxslərin nüfuz edə biləcəkləri insanların sayı əsas götürüb. Maliyyə resursları, öz səlahiyyətlərindən fəal istifadə də diqqətdən kənarda qalmayıb. 

Xatırladaq ki, ilk iyirmilikdə Roma Papası, "Google"nin yaradıcı Larri Peyc, Fransa prezidenti Emanuel Makron, "Facebook"un sahibi Mark Zukerberq, Böyük Britaniyanın baş naziri Tereza Mey, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salmanın da adları yer alıb.