Dünyada yeni müharibə qorxusu

09 May, 2018 09:21 | Siyasət | Baxış sayı: 174
İrana məxsus hərbi texnika
İrana məxsus hərbi texnika

Dünyanın ən təhlükəli regionunda silahlar aratacaq

"Bu əsl müharibə təhlükəsidir". İstiPress-in məlumatına görə, bunu ABŞ-ın eks prezidenti Barak Obama hazırkı dövlət başçısının İranla əldə edilən nüvə sazişindən çıxması barədə qərarını şərh edərkən deyib. Obamanın sözlərinə görə, Donald Trampın addımı yanlışdır və ciddi səhvdir. 

"Hesab edirəm ki, İranın hər hansı ciddi səhvi olmadan bu razılaşmanı riskə atmaq böyük yanlışlıqdır. Bu razılaşma olmadan ABŞ məğlubedici seçimlə  - ya nüvə silahına malik İranla, ya da Yaxın Şərqdə daha bir müharibə ilə üz-üzə qala bilər". 

Onun sözlərinə görə, nüvə proqramını ABŞ-ın tərk etməsi Yaxın Şərqdə silahlanmanı artıracaq.  "Bu Amerikanın öz təhlükəsizliyi üçün təhlükə ola, dünyanın ən təhlükəli regionunda silahlanmanın artmasına yol aça bilər".

Xatırladaq ki, İranla altılıq ölkələri arasında nüvə razılaşması Barak Obamanın prezidentliyi dövründə - 2015-ci ildə imzalanıb.