Səudiyyə Ərəbistanının şahzadələri koronavirusa yoluxdu

09 Aprel, 2020 10:57 | Siyasət | Baxış sayı: 137
Koronavirus
Koronavirus

Onların virusa Avropada yoluxduqları ehtimal olunur

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.

İstiPress-in məlumatına görə, bu barədə “CNNTurk” xəbər yayıb.

Bildirilib ki, kral ailəsinə daxil olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxduqları ehtimal olunur. 

84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda öznütəcrid şəraitində yaşadığı bildirilib.

Şahzadə vəliəhd Məhəmməd bin-Salmanın isə bir neçə nazirlə birlikdə sarayda olduqlarına dair xəbər yayılıb.