10 gün qabaq Bakıya gələn prezident ABŞ-ı savaşla hədələdi - "Bir həftəyə..."

09 Aprel, 2018 12:40 | Siyasət | Baxış sayı: 938
İran raketləri döyüş zamanı - ARXİV
İran raketləri döyüş zamanı - ARXİV

"Düşündüklərindən daha hazırlıqlıyıq"

Azərbaycanın cənub qonşusu İran super güc hesab edilən ABŞ-a meydan oxudu. İstiPress-in məlumatına görə, İranın dövlət başçısı Həsən Ruhani amerikalı həmkarını ilə hədələyib.

O, deyib ki, əgər ABŞ nüvə razılaşmasını pozarsa buna peşman olacaq. 

"Biz anlaşmanı pozan ölkə olmayacağıq. Əgər onlar bunu edərsə peşman olacaqlar. Düşündüklərindən daha da hazırlıqlı bir vəziyyətdəyik və bunu razılaşma pozulandan sonrakı bir həftə ərzində görəcəklər.

Başda Amerika olmaqla dünya gücləri İŞİD, "Əl-Nusra" kimi terror təşkilatlarının onların əlaaltısı kimi regionumuzda qalmasını istəyir. Suriya və İraq kimi böyük dövlətləri, dost ölkələri və böyük hiylələri ilə məhv etdilər".

Xatırladaq ki, İran və altılıq ölkələri ( Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramına dair tarixi razılaşma 2015-ci ilin iyun ayında əldə edilib. Danışıqlar zamanı birgə fəaliyyət planı təsdiqlənib. Bu proqraamın icrası ilə İrana qarşı tədbiq edilən maliyyə və iqtisadi sanksiyalar aradan qaldırılmalı idi. 

Lakin Tramp hakimiyyətə gəldikdən sonra bu razılaşmadan imtina etmək qərarına gəlib. "Bizim altılıq və İranla əldə edilən razılaşmadan imtinamız baş tuta bilər". Onun sözlərinə görə, İranın qittələrarası ballistik raket hazırlamasının qarşısını almaq üçün artıq konqresmenlər bu qanunda dəyişikliklərin edilməsinin mümkünlüyü ilə bağlı işə başlayıblar.  ABŞ prezidentini narahat edən məqam isə İranın onlara qarşı münasibətidir. Belə ki, Tramp iddia edib ki, İran ABŞ-a lazım olan hörməti nümayiş etdirməyib