Yeni müharibə xəbərdarlığı

09 Mart, 2018 15:30 | Siyasət | Baxış sayı: 700
Təlim
Təlim

"Onların ölkəsini məhv edə bilərik"

"ABŞ Rusiya tərəfindən istənilən hücuma cavab verə bilər". İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji komandanlığının sədri, general Con Hayten deyib. Amerikalı general Rusiya prezidenti Vladimir Putinin bir neçə gün öncə ən yeni silah barədə verdiyi açıqlamasını şərh edib.

“Biz bütün mövcud təhlükələrə hazırıq. Heç kim buna şübhə etməsin". 

General əmin olduğunu bildirib ki, Rusiyanın ABŞ-a qəfil tammiqyaslı hücumundan başqa atacağı elə bir addım yoxdur ki, Vaşinqton ona cavab verə bilməsin.

“Yeri gəlmişkən, onlar bizim sualtı qayıqlarımızın harada yerləşdiyini bilmirlər. Bu qayıqlar isə, həmin yolla gedəsi olsaq, onların ölkəsini məhv edə bilər”. 

Xatırladaq ki, bir müddət öncə bir qrup senator ABŞ-ın dövlət katibi Reks Tillersona müraciət edərək Rusiya ilə straateji stabillik üçün danışıqlara başlamaq çağırışı etmişdi. Bu addım Rusiya prezidentinin yeni silahlarından bəhs etməsindən sonra atılıb.