Qəddafinin milyardaları itməyib?

09 Mart, 2018 15:10 | Siyasət | Baxış sayı: 149
Muammər Qəddafi - devrilmiş Liviya lideri
Muammər Qəddafi - devrilmiş Liviya lideri

Belçikanın daxili işlər nazirindən yeni açıqlama

Qəddafinin milyardları itməyib. İstiPress-in məlumatına görə, Belçikanın daxili işlər naziri Didye Reynders  Liviya liderinin yaxınlarına məxsusu hesablardan külli miqdarda vəsaitin itməsi barədə yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, bu yalan xəbərdir. 

"Mətbuatın azadlığı əlbətdə ki, var. Amma yalan məlumat yayaılanda mən onun düzəldiləcəyini gözləyirəm. Eləcə də bunu dövlət işinə çevirlənlərin nə etdikləri barədə özlərinə hesabat verəcəyini".

Xəbəri yayan "Vif" mətbu orqanı isə hazırladıqları məlumat barədə "yalan" sözünü qəbul etmədiklərini açıqlayıb. Nəşrin məlumatına görə, martın 2-də onlar yoxa çıxan 10 milyard barədə sorğu göndərərkən Belçikanın maliyyə naziri bu informasiyanı təkzib etməyib. "Bizə dedilər ki, xəzinə hesabın açılması barədə hər hansı razılıq verməyib".

Xatırladaq ki, nəşrin yazdığına görə, Liviyanın devrilərək qətlə yetirilən sabiq lideri Müəmmar Qəddafinin yaxınlarının hesablarından milyardlara yoxa çıxıb. Belçikada dondurulan Liviya səhmlərində 10 milyard avronun itdiyini müəyyən ediblər. Bu pullar "Euroclear" bankında saxlanılırdı. İtki isə 2013-2017-ci illəri əhatə edir. 

Pullar "Libyan Investment Authority" və "Libyan Foreign Investment Company" adına olan dörd hesabda saxlanılırdı. 2013-cü il 29 sentyabrına olan məlumata görə, orada 16 milyard avro olub. Lakin ötən ilin payızında çirkli pulların yuyulması ilə bağlı istintaqdan sonra vəsaitə həbs qərarı qoymaq istəyəndə krallıq  rəhbərliyi hesablarda 5 milyarda yaxın pul qaldığını müəyyən edib. 

Vəsait Qəddafinin yaxınları tərəfindən idarə edilirdi və BMT-nin 2011-ci ildə verdiyi qərarla hesablar dondurulmuşdu. Belçika hökuməti öz növbəsində hesabların açılaması barədə heç bir qərar qəbul etmədiyini də açıqlayıb.