Ermənilərin sevimlisindən yeni yazı

09 Mart, 2018 14:17 | Siyasət | Baxış sayı: 219
Qarabağın xəritəsi
Qarabağın xəritəsi

Tarasov Moskvanı erməni şəhəri elan edər?

Ermənistanda çox sevilən rusiyalı jurnalist Stanislav Tarasov xüsusi məqalə yazıb. Onun yeni məqaləsi belə adlanır  - "Stepanakert (Xankəndi) ATƏT-ə can atır”. Bu bizi çox təəccübləndirdi. Heç kimin tanımadığı (ermənilərin isə tez-tez  yazırlar ki, hansısa ev-küçə qondarma soyqırımı tanıdı) bir separatçı rejim iddiasını, arzularını rusiyalı jurnalist reallıq kimi qələmə verib. 

Bu dəfə də İrəvan ermənilərin, Sovet KQB-sinin əli ilə təşkil etdikləri Sumqayıt hadisələri ilə bağlı ATƏT-də yalan məlumatların yayılmasına çalışıb. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi artıq onların cavabını verib.

Məqalənin müəllifi – Tarasov isə qondarma soyıqırımı, "bədbəxt" ermənilərin taleyindən yazır. Mümkün olsaydı onun özünü erməni faşistlərinin Xocalıda vəhşicəsinə qətlə yetirdiyi qadın, uşaqların, qocaların meyitlərini görmək üçün həmin zamana aparardıq. Təssüf ki, belə bir imkan yoxdur.

İndi bu rusiyalı jurnalist iddia edir ki, əgər Qarabağda azərbaycanlılar deyil, ermənilər yaşayırsa demək bu onların torpağıdır. Tarasova bir təklifimiz var -  qoy o bu şəhəri də ermənilərinki elan etsin. Bu gün onun doğma şəhəri olan Moskvada yaşayan ermənilərin sayı Qarabağdakılardan dəfələrlə çoxdur. Yaxında isə ümumiyyətlə Ermənistandakıların sayından artıq olacaq. Çünki hər gün öz tarixi vətənini atıb çörək dalınca qaçan ermənilərin sayı artır. 

Düşünürük ki, ermənilər onun bu addımı olduqca yüksək qiymətləndirəcəklər. Birdən alındı. Ondan bu onun erməni dostlarına əal hədiyyə olacaq. Ona nəinki ənənəvi mükafatları olan konyak, hətta hansısa orden və ya medal da verə bilərlər. Məsələn, "müqəddəs Tiqran"... 

Stanislav Tarasov - rusiyalı politoloq
Stanislav Tarasov - rusiyalı politoloq