Azərbaycan Baş prokurorunun keçmiş müavini Kiyevdə müsəlmanlara dəstək çıxdı VİDEO

09 Mart, 2018 11:43 | Siyasət | Baxış sayı: 120
İbrahim Tatıyev
İbrahim Tatıyev

İbrahim Tatıyev təkbaşına aksiyaya başlayıb

AXC hakimiyyəti dövründə Azərbaycan Baş prokurorunun 1-ci müavini olmuş İbrahim Tatıyev Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) binası qarşısında təkbaşına etiraz aksiyası keçirib. Onun əsas tələbi Ukraynanın müsəlman icmasına qarşı təqiblərin dayandırılmasını olub.  Tatıyev Ukrayna, rus və ingilis dillərində  “SBU=KQB?”, “SBU millətlərarası münaqişəni qızışdırır”, “SBU-Rusiyanın dəyirmanına su tökdüyün bəsdir!” kimi yazılar olan plakatlar tutaraq Təhlükəsizlik Xidmətinin binasının əsas giriş qapısında dayanıb. sözləri yazılıb. Onun sözlərinə görə, SBU get-gedə Rusiyanın FTB-nə (Federal Təhlükəsizlik Bürosu) bənzəməyə başlayır. 

Keçmiş müavin hazırda Kiyevdə vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirib. 

Xatırladaq ki, İbrahim Tatıyev Kiyevdəki Şevçenko adına Milli Universiteti bitirib, hüquqşünasdır, Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Baş prokurorunun müavini və 1-ci müavini işləyib. 1993-cü ilin iyununda Gəncədə baş vermiş hadisələri araşdıran deputat-istintaq komissiyasının rəyində Tatıyev AXC-nin digər liderləri və vəzifəliləri ilə bərabər günahkarlar sırasında göstərilir.

Martın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyevdəki İslam Mədəniyyət Mərkəzinə məxsus kitab mağazasının qapılarını sındırıblar və oradan “qadağan olunmuş ədəbiyyat” götürüblər.

Xatırladaq ki, Ukrayna müsəlmanlarının müftisi Səid İsmagilov bu axtarışı “təxribat” adlandırıb.