Bir yer uğrunda 13 namizədin mübariz apardığı rayonda seçki fəallığı

09 Fevral, 2020 12:18 | Siyasət | Baxış sayı: 189

72 məntəqədə 4707 nəfər seçici yaşayır

Qubada  ölkə parlamentinə keçirilən seçkilərdə seçicilər fəal iştirak edir.

İstiPress-in şimal bürosunun məlumatına görə, 52 saylı dairənin həm Quba şəhəri, həm dağlıq yaşayış məntəqələrində yerləşən seçki məntəqələrində prosesə mütəşəkkilliklə başlanılıb. Dairənin sədri Mübariz Abbasov məlumat verib ki, 72  məntəqədə 47070 nəfər seçici var. Millət vəkili uğrunda bu dairədən 1 yer uğrunda 13 namizəd mübarizə aparır.

Səsvermə prosesində rayonun İH başçısı Ziyəddin Əliyev və bütün rəsmilərilə birgə sadə qubalılar da fəal iştirak edib, seçicilərin səsverməsi davam edir.

Qarın yağması Qubanın seçki məntəqələrində hər hansı problem yaratmayıb.