Ən qalmaqallı və qəddar prezidentlərin görüş vaxtı bilindi

09 Fevral, 2019 09:39 | Siyasət | Baxış sayı: 75
Donald Tramp və Kim Çen In
Donald Tramp və Kim Çen In

Sammit fevralın 27-28 də Vyetnamda olacaq

KXDR və ABŞ liderlərinin ikinci görüşü 27-28 fevralda Hanoedə keçiriləcək. Bu barədə Amerika prezidenti Donald Tramp "Twitter"də yazıb.

"Mənim nümayəndələrim məhsuldar görüşdən sonra indicə Şimali Koreyanı tərk ediblər. Kim Çen İnlə ikinci sammitin vaxtı və yeri razılaşdırılıb. Sammit 27 və 28 fevralda Hanoedə, Vyetnamda baş tutacaq".

Xatırladaq ki, Ağ ev admnistrasiyasının 20-yə yaxın diplomatı sammitlə bağlı danışıqlar aparmaq üçün Pxenyana gediblər. Danışıqlar qapalı keçirilib. Liderlərin sammitin öncə də diplomatların bir araya gəlməsi barədə də razılıq əldə edilib. 

Kim Çen Inla Donald Tramp arasında ilk görüş ötən ilin iyun ayında baş tutub. Şimali Koreya dünyanın ən qapalı ölkəsi, lideri isə ən qəddar prezident hesab edilirdi. O, uzun illər dünya dövlətləri, beynəlxalq təşkilatların heç bir xəbərdarlıqlarına əhəmiyyət vermədən yeni silahların, ballistik raketlərin sınaqlarını həyata keçirib.