Deputat canlı yayımda Nəsirova qarşı elə hərəkət etdi ki... VİDEO

09 Fevral, 2019 10:57 | Siyasət | Baxış sayı: 172
Canlı yayımda dava
Canlı yayımda dava

Şahovu prezidentliyə namizədin dedikləri hiddətləndirib

Deputat və prezidentliyə namizəd canlı yayımda mübahisə ediblər. Hadisə Ukraynada baş verib. Sergey Şahov ZİK kanalının canlı efirində prezidentliyə namizəd, Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Roman Nəsirovla debata başlayıb. Onun maaşları və pensiyaları artırmaq barədə dedikləri deputatı özündən çıxarıb. 

Sözlü mübahiisədən sonra əsəblərinə hakim ola bilməyən Şahov Nəsirovun üzünə qarşısındakı suyu çırpıb.

Nasirov isə ancaq suyun ona dəyməməsi üçün əyilə bilib. 

Xatırladaq ki, Nəsirov korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. İstintaqın məlumatına görə, o 2015-2016-cı illərdə dövlətə 2 milyard qrivni ziyan vurub.