Putindən 100 milyon dollar oğurlamış erməni

09 Fevral, 2018 19:18 | Siyasət | Baxış sayı: 458
Oleq Mkrtçyan - erməni iş adamı
Oleq Mkrtçyan - erməni iş adamı

O, dünyanın ən məhşur ermənisini satıb 27,5 milyon dollar qazanmışdı

Keçən həftə Moskvada həbs olunmuş erməni iş adamı Oleq Mkrtçyan Rusiya İstintaq Komitəsinə cinayət ortaqlarını satacağına söz verib.

İstiPress-in "Sputnik Armeniya" portalına istinadən verdiyi  məlumata görə, istintaq onun 100 milyon dollar kredit vəsaitini oğurlamaqda günahlandırır. O, götürdüyü həmin vəsaitin əvəzində Krasondar diyarının  Armavir şəhərində metalyayma zavodu tikməli idi, amma o, götürdüyü öhdəliyi yerinə yetirməyib.   

Oleq  Mkrtçyanın sata biləcəyi əlbirlərindən biri Rusiyanın indiki kənd təəsrrüfatı naziri Aleksandr Tkaçev ola bilər. 2015-ci ilə kimi o, Krasnodarın qubernatoru olmuşdu və Oleq Mkrtçyanla da yaxın dostdur. Böyük ehtimalla həmin krediti götürməkdə ona Tkaçevin yardımı dəyib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin  bu cür dövlət vəsaitləri hesabına varlanaan oliqarxlara qarşı kəskin mübarizə aparır. Buna görə rus KİV-ləri Oleq Mkrtçyanın sanki həmin 100 milyon dolları Vladimir Putindən oğurlaması kimi şərh edirlər. Bir sözlə, dünyanın ən fəndgir ermənisini elə də yaxşı tale gözləmir.

Henrix Mixitaryan - erməni əsilli futbolçu
Henrix Mixitaryan - erməni əsilli futbolçu

Bu, Oleq Mkrtçyanın  insan satışı ilə ilk məşğulluğu deyil. Bundan əvvəl o, dünyanın ən məhşur ermənisini satmaqdan 27,5 milyon dollar qazanmışdı. Məsələ bundadır ki, erməni əsilli fransız futbolçu Henrix Mxitaryanın hüquqlarının 50 faizi Oleq Mkrtçyana məxsus imiş. Donetskin "Şaxtyor"  komnadası Henrix Mxitaryanı Dortmundun  "Borussiya" komandasına satan zaman əldə olunan vəsaitin yarısını Oleq Mkrtçyana veribmiş.