İlham Əliyev Nərminin qətli ilə bağlı cinayət işini nəzarətə götürdü

09 Yanvar, 2020 17:57 | Siyasət | Baxış sayı: 3040
Nərmin Şərif qızı Quliyeva
Nərmin Şərif qızı Quliyeva

Baş prokuror məlumat verdi

"Tovuzda azyaşlının öldürülməsi ilə bağlı cinayət işi dövlət başçısı İlham Əliyevin xüsusi nəzarətindədir". 

İstiPress-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib. 

Baş prokuror Zakir Qaralov Tovuz rayonundakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.

Belə ki, müşavirədə dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.