XİN erməni tərəfi ilə mümkün görüş barədə

09 Yanvar, 2019 16:42 | Siyasət | Baxış sayı: 70
Azərbaycan XİN
Azərbaycan XİN

Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında raılıq əldə edilib

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib.

İstiPress-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən növbəti görüşün tarixi və yeri barədə məlumat zamanı gəldikdə açıqlanacaq.

Xatırladaq ki, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi.