Qazaxıstanı ayağa qaldırmış erməni cani Rusiyada tutuldu

09 Yanvar, 2019 19:07 | Siyasət | Baxış sayı: 89
Rusiya polisi
Rusiya polisi

Qazaxıstan və Rusiya hüquq-mühafizə orqanlarının birgə əməliyyat keçiriblər

Yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində restoranda dava zamanı qətl törətməkdə şübhəli bilinən 22 yaşlı erməni Narek Qururyan Rusiyada saxlanılıb.

İstiPress-in məlumatına görə, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiya departamentinin direktoru Almas Sadubayev bildirib:

“Bu gün Qazaxıstan DİN-nin kriminal polis əməkdaşları ilə Rusiyanın hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində dələduzluqda və qətldə şübhəli bilinən Ermənistan vətəndaşı Narek Qururyan Omsk vilayətində tutulub”.

Hazırda Narekin Qazaxıstana ekstradisiyası məsələsi müzakirə olunur.

Xatırladaq ki, Qururyan yanvarın 3-dən axtarışdadır. O, bir qədər əvvəl video-müraciət yayaraq davada iştirak etdiyini boynuna almış, ancaq heç kəsi qətlə yetirmədiyini bildirmişdi.

Qeyd edək ki, yanvarın 1-də Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qeyd etmək üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra mübahisə restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Narek Qururyan
Narek Qururyan