Gürcüstan Ermənistana gedən yolları bağladı

09 Yanvar, 2019 15:57 | Siyasət | Baxış sayı: 124
Gürcüstan - Ermənistan sərhədi
Gürcüstan - Ermənistan sərhədi

Gürcüstanın Ninotsminda rayonundan (Samtsxe-Cavaxetiya regionu) Ermənistana gedən yol bağlanıb. Güclü qar, çovğun və külək səbəbindən yolda bütün növ avtomobillərin hərəkəti qadağan edilib.

İstiPress-in məlumatına görə, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumatda bildirilir ki, Axalkalaki şəhərindən Türkiyə sərhədindəki Kartsaxi kəndinə qədər olan yol da bağlanıb. Bu yolda da Türkiyəyə gedən bütün növ avtomobillərin hərəkətinə qadağa qoyulub.

Güclü qar, külək və çovğun səbəbindən Gürcüstanın dövlət əhəmiyyətli bir sıra yollarında da avtomobillərin hərəkəti dayandırılıb.